veten informasiya agentliyi

Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

Tarix:5-06-2025, 22:31
Baxış Sayı:129

Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildiİyunun 5-də BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib. BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üçün ayrılmış 5 yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən üzv ölkələrin əksəriyyətinin səsini toplayaraq Şuraya seçilib.

BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı, təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin edilməsi kimi əhəmiyyətli istiqamətlərə məsuldur.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi