veten informasiya agentliyi

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

Tarix:31-05-2025, 23:11
Baxış Sayı:168

XİN beynəlxalq ictimaiyyətə çağırış etdiAzərbaycanda ardıcıl iki gün baş verən mina partlayışları nəticəsində mülki şəxslər xəsarət alıb. Minaların partlaması Ermənistanın 1990-cı illərdən etibarən, xüsusilə 2020-ci il müharibəsindən sonra ərazilərə kütləvi şəkildə mina yerləşdirməsinin acı nəticəsidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Rəsmi məlumata görə, 2020-ci ildən bəri mina partlayışları nəticəsində 397 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Minalar təkcə keçmiş döyüş bölgələrində deyil, yaşayış məntəqələrində, qəbiristanlıqlarda və mülki ərazilərdə də aşkarlanır. Bu isə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını da əngəlləyir.

Azərbaycan beynəlxalq ictimaiyyəti bu humanitar fəlakətə diqqət yetirməyə və mina təhdidinə qarşı birgə səylər göstərməyə çağırır.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar