veten informasiya agentliyi

Şəkidə Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi təşkil edilib

Tarix:19-05-2025, 11:02
Baxış Sayı:168

Şəki şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam çərçivəsində Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi münasibətilə rəsm sərgisi təşkil edilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə Şəki şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri iştirak edib.
Çıxış edənlər qeyd edib ki, M.Q.İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündə əhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırıb, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.
Təşkil edilən sərgidə Şəki şəhər Uşaq İncəsənət məktəbinin rəsm şöbəsinin şagirdlərinin rəssamın əsərlərini əks etdirən rəsm əsərləri sərgilənib.
Sərgi Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin şagirdləri tərəfindən hazırlanan musiqi kompozisiyaları ilə davam edib.

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır

“Apple” 200-dən çox iş yerini ixtisar edir

Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur

ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı

Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ

Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır

İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi

Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək