veten informasiya agentliyi

Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?

Tarix:6-05-2025, 22:42
Baxış Sayı:164

Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə prezident Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb.

Tehranın vasitəçilik istəyinin iki hədəfi var.

- Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;

- İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək;

Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür.

1. Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır;
2. Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir;
3. Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması, dəyişməyib;
4. İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdircək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir;

Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar