veten informasiya agentliyi

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?

Tarix:23-04-2025, 12:53
Baxış Sayı:258

Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?Nazirlər Kabineti bir sıra dövlət qurumlarında çalışan və əmək haqları dövlət büdcəsindən ödənilən işçilərin vəzifə maaşlarının məbləğlərini yeni redaksiyada təsdiq edib. Bu o deməkdir ki, həmin vətəndaşlarımızın maaşları artırılmış məbləğlər ilə təsdiqlənib.

Qərarı şərh edən millət vəkili Vüqar Bayramov bildirib ki, Baş nazirin imzaladığı sənədlərə əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və eləcə də dövlət qulluqçusu olmayan mülki işçilərinin, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşlar yeni, artırılmış redaksiyada verilib.

“Baş nazirin bu qərarları “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamına əsasən imzalanıb. Belə ki, həmin sənədə əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin həmin sənədin 1-ci hissəsinə uyğunlaşdırılması təmin edilməli idi. Sərəncamın birinci hissəsi isə minimum əmək haqqının artırılması ilə bağlı idi. Bu o deməkdir ki, minimum əmək haqqında artıma uyğun olaraq baş nazir sözügedən işçilərin maaşlarını artırıb.

Artımların neçə faiz olmasına gəldikdə isə, bu ildən minimum əmək haqqının 16.0 faiz yüksəlsə də Nazirlər Kabineti vəzifə maaşlarını diferensial artırıb. Yəni, tarif cədvəli üzrə daha az maaş alanlarında daha çox, yüksək əmək haqqısı olanlarda isə nisbətən az faiz artımlara gedilib. Bununla belə, vahid tarif cədvəlinə uyğun olaraq bütün pillələr üzrə artımlar reallaşıb”.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia