veten informasiya agentliyi

Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLAR

Tarix:17-04-2025, 11:48
Baxış Sayı:257

Əmək pensiyalarına dair güzəştlər ediləcək - YENİ QANUNLARAprelin 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.

Komitə sədri Musa Quliyev gündəlikdə iki məsələnin müzakirəyə çıxarıldığını bildirib.

O, ilk növbədə, “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. Bildirib ki, qanun layihəsindəki əsas dəyişiklik pensiya təminatının maliyyələşdirilməsi mexanizminin daha da dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, uşaqlara görə güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy insanların, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi olan şəxslərə və 70 yaşdan yuxarı ahıllara qulluq edən şəxslərin əmək pensiyalarına dair güzəştlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Daha sonra gündəliyin ikinci məsələsi – “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) müzakirə olunub. Musa Quliyev qeyd edib ki, bu dəyişiklik vətəndaşların sosial xidmətə çıxış imkanlarını genişləndirməyə hüquqi zəmin yaradır. Layihə sosial xidmətə ehtiyac duyan şəxslərə bu xidmətlərə əlçatanlığını yaxşılaşdırmağa yönəlib.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu ixtisasa keçid balı 697 oldu
Bu ixtisasa keçid balı 697 oldu
“Land Cruiser” aşdı, sürücü öldü
“Land Cruiser” aşdı, sürücü öldü
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Canlı yayımda söyüş söydü, həbs edildi
Canlı yayımda söyüş söydü, həbs edildi
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət