veten informasiya agentliyi

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zaqatala rayonunda konfrans keçirilib

Tarix:17-03-2025, 12:40
Baxış Sayı:181

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Zaqatala rayonunda konfrans keçirilib
Zaqatala rayon Mərkəzləşdirlimiş Kitabxana Sistemi və Zaqatala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2025-ci ilin Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli elan edilməsi ilə əlaqədar olaraq “Uğurlarımızın açarı, tarixi irsin mirası” adlı konfrans təşkil olunub.
Konfransda mədəniyyət, ayrı-ayrı idarə və müəssisə əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət himninin səsləndirilməsi, suverenliyimiz uğrunda canından keçmiş şəhidlərin və ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, çıxış edənlər 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması ilə ölkəmizdə genişmiqyaslı qanunvericilik və mütəşəkkil islahatların əsasının qoyulduğunu bildiriblər.
Eyni zamanda, İkinci Qarabağ müharibəsində əldə olunmuş tarixi zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.
Konfransda, həmçinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş kitabxana əməkdaşları tərəfindən hazırlanan videoçarx nümayiş olunub.
#Suverenlik #konfrans #mədəniyyət

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək