veten informasiya agentliyi

Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət etdi

Tarix:11-03-2025, 15:01
Baxış Sayı:200

Şimali Makedoniya Prezidenti Bakıda Zəfər parkını ziyarət etdiAzərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Bakıda Zəfər parkını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şimali Makedoniya Prezidenti Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar