veten informasiya agentliyi

Bu iki ölkə sərhəd sazişi imzalamağa hazırlaşır

Tarix:11-03-2025, 14:58
Baxış Sayı:173

Bu iki ölkə sərhəd sazişi imzalamağa hazırlaşırQırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Bişkekdə gözlənilən görüşdə sərhəd sazişi imzalamaq niyyətindədirlər.

Bu barədə jurnalistlərə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.

“Prezidentlərin birgə bəyanatının qəbul edilməsi, iki ölkə arasında dövlət sərhədi haqqında sazişin və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, - deyə o, Emoməli Rəhmonun martın 12-13-də Bişkekə gözlənilən dövlət səfərini şərh edərkən deyib.

Azımbakiyevin sözlərinə görə, səfər zamanı Tacikistan prezidenti Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbek və Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Adılbek Kasıməliyev ilə də görüşlər keçirəcək.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir