veten informasiya agentliyi

Vaşinqtondan Naxçıvana qədər... – Əliyevlə Ərdoğanın gündəliyində nələr var?

Tarix:5-03-2025, 22:27
Baxış Sayı:237

Vaşinqtondan Naxçıvana qədər... – Əliyevlə Ərdoğanın gündəliyində nələr var?Prezident İlham Əliyevin Türkiyə səfərinin gündəliyində iki məsələ önəmlidir.

Birincisi, Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimidir. Naxçıvanın enerji təhlükəsizliyində strateji əhəmiyyətə malik olan kəmər İran faktorunu neytrallaşdırmağa imkan verir. Muxtar vilayətin qazla təminatı Azərbaycan və İran arasında svop müqaviləsi ilə həyata keçirilib, lakin daim riskli olub.

1. 44 günlük müharibədən sonra İran Azərbaycana qarşı aqressiv siyasətdə Naxçıvana çıxış və enerji təhlükəsizliyini rıçaqlardan biri kimi istifadə edirdi, hətta 2021-ci ildə Tehranın muxtar vilayətin qazını kəsdiyinə dair qeyri-rəsmi məlumatlar yayılmışdı;
2. İran ətrafında mümkün gərginlik xəttinin inkişafı Naxçıvanın enerji təhlükəsizliyi üçün riskli perspektivlər vəd edir;

Iğdır-Naxçıvan kəməri bu riskləri və İrandan asılılığı aradan qaldıracaq.

Bakı Zəngəzur dəhlizini Naxçıvana çıxış və enerji təhlükəsizliyinin təmin edilməsindəki alternativ layihə kimi nəzərdə tutur. Hərçənd, layihənin nə zaman və hansı şərtlərlə gerçəkləşəcəyi proseslərin inkişafından asılı olacaq. Iğdırdan kəmərin çəkilməsi real infrastruktur imkanlarından istifadə edilməklə yanaşı, alternativ xəttin yaradılmasına da hesablanıb. Zəngəzur dəhlizi reallaşdıqdan sonra bu istiqamətdə də kəmərin çəkilməsi planlaşdırılır, lakin bu baş tutsa belə, Iğdır kəməri muxtar vilayətin təhlükəsizliyinin bir mənbədən asılı olmaması baxımından strateji əhəmiyyət daşıyır.

İkincisi, Bakı və Ankara baş verən gərgin geosiyasi hadisələr fonunda “saatlarını yoxlayırlar”.

Tramp Amerikasının, eləcə də ABŞ-Rusiya anlaşmasının yaradacağı geosiyasi dəyişikliklər və bunun Yaxın Şərq, Cənubi Qafqaz, Orta dəhliz coğrafiyasına təsirləri aktualdır. Əliyevlə Ərdoğanın “saatları yoxlaması”na, baş verə biləcək hadisələrə hazırlıqlı olmasına ehtiyac var.

Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
Metroya 302 milyon dollar kredit ayrıldı
Metroya 302 milyon dollar kredit ayrıldı
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Tramp Rusiyanın İrana da kömək etmədiyinə inanır - Ağ Evdə nə baş verir?
Yol polisi xəbərdarlıq etdi
Yol polisi xəbərdarlıq etdi
Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar