veten informasiya agentliyi

Xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecə keçirilib

Tarix:8-02-2025, 22:43
Baxış Sayı:164

Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar. Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb. Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
#Azərbaycan #mədəniyyət #MədəniyyətNazirliyi

UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!
Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib
Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib
Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.
Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib
‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib
PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib