veten informasiya agentliyi

Aida Balayevanın moderatorluğu ilə Türk Mədəniyyəti və İrsi Fondunun növbəti Şura iclası öz işinə başlayıb

Tarix:8-02-2025, 22:40
Baxış Sayı:148

Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayevanın moderatorluğu ilə Türk Mədəniyyəti və İrsi Fondunun növbəti Şura iclası öz işinə başlayıb.
Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötən ildəki fəaliyyətindən danışıb, 70-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəfləri də diqqətə çatdırıb.
Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev çıxışında fondun fəaliyyətinin türk xalqlarının mədəni inteqrasiyasına öz töhfəsini verdiyini bildirib.
İclasda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli nazirliyin Türk dünyasının zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün bütün türk əməkdaşlıq təşkilatları ilə sıx əlaqələr qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar, innovativ təşəbbüslər, birgə tədqiqat layihələri və rəqəmsal arxivlərin yaradılması kimi addımlar mədəni irsimizi gələcək nəsillərə ötürmək üçün vacib vasitələrdir.
Qeyd olunub ki, 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında "Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığa dair” anlaşma memorandumu imzalanıb: “Bu sənəd türk mədəni irsinin qorunması istiqamətində mühüm addım olmaqla yanaşı, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və konkret layihələrin icrasına imkan yaradacaq. Eyni zamanda əməkdaşlığımızın bariz nümunəsi kimi, fondun maliyyələşdirəcəyi, Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən XVIII əsrə aid məscidin bərpası layihəsini göstərmək olar. Bu, Azərbaycanın mədəni irsinin qorunması istiqamətində türk dövlətlərinin həmrəyliyinin təzahürü olmaqla yanaşı, tarixi abidələrimizin bərpasında yeni mərhələnin başlanğıcıdır. Bununla yanaşı, fondun 2025-ci il üçün tədbirlər planına “Türk dünyasında ozan-aşıq sənəti: Aşıq Ələsgər irsi” adlı beynəlxalq elmi konfransın keçirilməsi də daxil edilib”.
Bildirilib ki, türk xalqlarının mədəniyyətinin və zəngin irsinin qlobal arenada tanıdılması və təbliğ edilməsi üçün yeni imkanların yaradılması zəruridir. Bu baxımdan, fondun 2025-ci il üçün tədbirlər planında nəzərdə tutulan mədəni irs üzrə rəqəmsal platforma – "Türk ensiklopediyası" əhəmiyyətli layihədir. Bu layihənin həyata keçirilməsi ilə türk xalqlarının mədəni irsinə (memarlıq abidələri, heykəltaraşlıq, rəssamlıq, tarix, adət-ənənələr və s.) aid zəngin məlumat bazası türk dillərində vahid bir platformada toplanaraq istifadəçilərə təqdim ediləcək.
Nazir çıxışının sonunda ötən ilin dekabrında Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəzaya uğraması zamanı göstərdiyi yardım və dəstəyə görə Qazaxıstan hökumətinə, qardaş türk respublikalarına təşəkkür edib, toplantının işinə uğurlar arzulayıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondunun ilk Şura toplantısı 2024-cü ilin 30 aprel tarixində Bakıda – qurumun qərargahında keçirilib.
#Azərbaycan #Qazaxıstan #MədəniyyətNazirliyi

UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!
Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib
Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib
Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.
Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib
‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib
PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib