veten informasiya agentliyi

2 Fevral - Gənclər Günü münasibətilə mədəniyyət müəssisələrində çalışan bir qrup gənc mədəniyyət işçiləri ilə görüş keçirilib

Tarix:8-02-2025, 22:26
Baxış Sayı:210

2 Fevral - Gənclər Günü münasibətilə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Azərbaycan MİHİ Şəki Rayon Komitəsinin birgə təşkilatçılığı ilə mədəniyyət müəssisələrində çalışan bir qrup gənc mədəniyyət işçiləri ilə görüş keçirilib.
Tədbirdə Şəki-Zaqatala RMİ-nin rəisi vəzifəsini icra edən Emil Bədəlov, Şəki-Zaqatala RMİ-nin sektor müdirləri, MİHİ Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, müəssisə və idarə rəhbərləri, həmkarlar təşkilatının sədrləri və bir qrup gənc mədəniyyət işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala RMİ-nin İdarəsinin rəisi v.i.e edən Emil Bədəlov əlamətdar gün münasibətilə gənclərə fəaliyyətlərində uğurlar arzulayıb. Hər il fevralın 2-də ölkəmizdə "Gənclər Günü" kimi qeyd edildiyini vurğulayan idarə rəisi Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların yaradıldığını diqqətə çatdırıb.
Emil Bədəlov son illər mədəniyyət sahəsində, peşəkarlığın artırılması və nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib, bu günün təntənə ilə qeyd edilməsi Ulu Öndərin və cənab İlham Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Daha sonra Azərbaycan MİHİ Şəki rayon Komitəsinin sədri Nəzakət Əliyeva ötən il gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən bəhs edib.
Digər çıxış edən müəssisə rəhbərləri ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıblar, gənc mədəniyyət işçilərini əlamətdar gün münasibətilə təbrik ediblər.
Sonda gənclərin çıxışları dinlənilib, nailiyyətləri ilə fərqlənən gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edilib.

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək