veten informasiya agentliyi

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındı

Tarix:18-01-2025, 10:28
Baxış Sayı:177

Cəbrayıl şəhərinə daha 42 ailə yola salındıPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Cəbrayıl şəhərinə daha 42 ailə – 206 nəfər köçürülüb.

Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.

Xatırladaq ki, yanvarın 16-da Cəbrayıl şəhərinə 32 ailə – 153 nəfər köçürülmüşdü.

Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp