veten informasiya agentliyi

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat OĞURLANDI

Tarix:18-01-2025, 10:23
Baxış Sayı:153

Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu - 80 min manat OĞURLANDIAZAL-ın təyyarə qəzasında həlak olan təyyarəsinin ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Bu barədə danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməldaşı olduğunu deyərək aldadıb:

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər".

C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.

Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20.000 manat, həlak olanların hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsinə qərar verilib.

Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp