veten informasiya agentliyi

Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Bu səbəbdən

Tarix:16-01-2025, 19:07
Baxış Sayı:181

Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - Bu səbəbdənÖlkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.

Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.

Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik.

Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp