veten informasiya agentliyi

Pəhrizinizi yenidən nəzərdən keçirin: Bunlar beyniniz üçün problemə çevrilə bilər

Tarix:16-01-2025, 18:59
Baxış Sayı:147

Pəhrizinizi yenidən nəzərdən keçirin: Bunlar beyniniz üçün problemə çevrilə bilər100 mindən çox insan üzərində aparılan son araşdırmaya görə, sosiska və kolbasa kimi ət məhsullarının yeyilməsinin yaşlı insanlarda demensiya (yaddaşın zəifləməsi, ağılsızlıq) riskini əhəmiyyətli dərəcədə artıra biləcəyi müəyyənləşib. Alimlər iddia edirlər ki, həftədə təxminən iki porsiya bu cür məhsul yeyən insanların demensiyaya tutulma riski onu az yeyənlərlə müqayisədə 13% çoxdur.

Tədqiqat orta yaşı 49 olan 133 771 iştirakçının məlumatlarına baxıb. 43 il ərzində 11 173 nəfərə demensiya diaqnozu qoyulub. Ancaq təəccüblüdür ki, işlənməmiş qırmızı ət və alzheimer xəstəliyi arasında birbaşa əlaqə tapılmayıb.

Bununla belə, alimlər ətdən tamamilə imtina etməyə çağırmırlar. Əksinə, pəhrizinizi diversifikasiya etməyi və işlənmiş əti daha sağlam variantlarla - balıq, paxlalılar, toyuqla əvəz etməyi məsləhət görürlər: Məsələn, kolbasanın bir hissəsini balıqla əvəz etmək demensiya riskini 28% azalda bilər.

Qeyd etmək lazımdır ki, oxşar tədqiqatlar əvvəllər də aparılıb, lakin alimlərin yeni işləri daha dəqiq olub.

Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Hörmüz sahillərində daha bir İran şəhəri VURULDU
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Ağdamda minalanmış ərazidə yanğın başlayıb
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
Azərbaycanda poliqonda sınaq zamanı yanğın baş verdi
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
İt-pişik saxlayanların nəzərinə - Bu vərdişiniz heyvanlarda şiş yaradır
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
“Çelsi” bu futbolçuya 137 milyon avro təklif etdi
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalı vuruldu
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Həkimdən isti havada alkoqol qəbul edənlərə xəbərdarlıq
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp
Hərbçilərimizin ölümünə təəssüf edirik - Tramp