veten informasiya agentliyi

Gənc nəsil üçün iki əsas təhlükə: Sosial media və mərc oyunları

Tarix:14-01-2025, 17:26
Baxış Sayı:119

Gənc nəsil üçün iki əsas təhlükə: Sosial media və mərc oyunları"Son illərdə gənc nəsil iki əsas təhlükə ilə sosial media xüsusilə "TikTok"un mənfi təsirləri və mərc oyunlarının cazibədar, amma zərərli tələləri ilə  üz-üzə qalırlar. Hər iki faktor onların intellektual və mənəvi inkişafına ciddi zərbə vurur".

Bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, "TikTok"un yaydığı asan əyləncə şagirdlərin diqqətini uzunmüddətli məqsədlərdən yayındırır. Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər, günümüz trendlərinə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Bununla yanaşı "TikTok"da yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.

"Tələbələr arasında mərc oyunlarının artması isə ayrı bir faciə olaraq qarşıya çıxır. Gələcəyini qurmağa çalışan gənclər, bu oyunlara aludə olaraq maddi və mənəvi cəhətdən böyük itkilər yaşayırlar. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər, qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.

Bu problemlərin qarşısını almaq üçün yalnız valideynlər deyil, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır. Sosial media və mərc oyunlarının yaratdığı təhlükələr barədə maarifləndirmə kampaniyaları keçirilməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü düşüncə öyrədilməlidir. Əks halda, bu tələlər gələcək nəsilimizi ciddi şəkildə mənfi təsir altına alacaq".

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır