veten informasiya agentliyi

“Riyaziyyat aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinin təltifetmə mərasimi keçirilib

Tarix:4-01-2025, 15:03
Baxış Sayı:187

28 dekabr tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin elan etdiyi “Naxçıvan aylığı” və Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkil etdiyi “Riyaziyyat aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinin təltifetmə mərasimi keçirilib.
Tədbirin ilk hissəsində “Naxçıvan aylığı” çərçivəsində təşkil olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Ağdaş rayonu M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü internat tipli gimnaziyanın şagirdi Məkeykə Zəkəriyyəyeva birinci yerə, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin şagirdi Gülay Kərimli ikinci yerə, Kürdəmir rayonu Mollakənd tam orta məktəbinin şagirdi Nuray Həsənli isə üçüncü yerə layiq görülüb. Mingəçevir şəhəri N.Qasımov adına 4 nömrəli tam orta məktəbin şagirdi Xədicə Nəbiyeva və Yevlax rayonu İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbin şagirdi Lamiyə Əsədovaya isə yazdıqları inşalara görə təşəkkürnamələr təqdim olunub.
Təltifetmə mərasiminin növbəti hissəsində “Naxçıvan aylığı” çərçivəsində keçirilən debat müsabiqəsinin qalibləri və ən yaxşı natiqləri mükafatlandırılıb. Birinci yerə Mingəçevir şəhəri N.Nərimanov adına 1 nömrəli tam orta məktəbin şagirdləri Elmira Azayeva, Nərmin Abdullayeva və Ruhin Həsənzadə, ikinci yerə Göyçay şəhəri 5 nömrəli tam orta məktəbin şagirdləri Faiq Adıgözəlli, Albert Adıgözəlov və Ağalar Məmmədov, üçüncü yerə isə Kürdəmir şəhəri T.İsmayılov adına 1 nömrəli tam orta məktəbin şagirdləri Həqiqət Məmmədova, Ceyran Abdulova və Aysu Babayeva layiq görülüb. Bundan başqa Ceyran Abdulova müsabiqənin ən yaxşı I natiqi, Elmira Azayeva ən yaxşı II natiqi, Nəzrin Məmmədova isə ən yaxşı III natiqi seçilib. Həmçinin müsabiqənin hakimləri – Etiram Sadıqzadə, Səbinə Əliyeva və Hüseyn Əliyevə təşəkkürnamələr təqdim edilib.
Son olaraq “Fənn aylıqları” çərçivəsində Kürdəmir şəhərində keçirilən "Elmlər rəqəmlərdə" bilik yarışının qalibləri mükafatlandırılıb. Yarışın nəticələrinə əsasən, birinci yeri Kürdəmir, ikinci yeri Göyçay, üçüncü yeri isə Mingəçevir komandası tutub. Hər bir komandada yeddi şagird iştirak edib.
Mərasim iştirakçılar arasında böyük maraq doğurub və gələcəkdə bu cür tədbirlərin davam etdiriləcəyi vurğulanıb.
#MərkəziAranRTİ #RTİ #NaxçıvanAylığı #RiyaziyyatAylığı #TəltifEtmə

Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Bu addımı atan 6 min manatadək cərimələnəcək - Nazirlikdən XƏBƏRDARLIQ
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Əlilliyə görə 244 mindən çox şəxs pensiya alıb
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qubada 7 kiloqram marixuana aşkarlandı
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Dünya uçurumun kənarında - Son 60 ilin ən qorxulu proqnozu
Ötən həftə 9 meyit aşkarlandı
Ötən həftə 9 meyit aşkarlandı
Hərbi xidmətdən yayınanlar bu hüquqdan məhrum olunsun – Ukraynada çağırış