veten informasiya agentliyi

2025-ci il “Beynəlxalq buzlaqların qorunması ili” elan edildi

Tarix:28-12-2024, 10:34
Baxış Sayı:194

2025-ci il “Beynəlxalq buzlaqların qorunması ili” elan edildi

2025-ci il “Beynəlxalq buzlaqların qorunması ili” elan edilib.

Tacikistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 2022-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq bu qərar verilib.

Bildirilir ki, buzlaqların əriməsi ciddi qlobal problemə çevrilib. Son 20 ildə Qərbi Tyan-Şanda Qazaxıstan, Qırğızıstan və Özbəkistanı əhatə edən buzlaqlar 27 faiz kiçilib. Antarktida hər il orta hesabla 150 milyard ton, Qrenlandiya isə 270 milyard ton buz itirir. Buzlaqlar 2 milyarda yaxın insanın su təchizatı, kənd təsərrüfatı və su enerjisi ilə təmin edilməsində əsas rol oynayır. Tacikistanda 14 min buzlaqdan mindən çoxunun əriməsi problem daha da aktuallaşdırır. Ölkənin buzlaqları Mərkəzi Asiyanın su ehtiyatlarının 60 faizə qədərini təmin edir.

“Beynəlxalq buzlaqların qorunması ili” buzlaqların əhəmiyyəti və gələcək nəsillər üçün onların qorunması zərurəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır və gələn il Tacikistanda bu məsələyə həsr olunmuş konfrans keçiriləcək.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu