veten informasiya agentliyi

ABŞ-də Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib

Tarix:5-09-2024, 20:21
Baxış Sayı:317

ABŞ-də Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib
ABŞ-də Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları ABŞ-yə səfər çərçivəsində Azərbaycan Amerika Gənclər Federasiyasının İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Komitənin şöbə müdiri Səlhət Abbasova və əməkdaşı Zaur Salmanov, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin əməkdaşı Cavid İsmayılov, Azərbaycan Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova və İdarə Heyətinin üzvləri iştirak ediblər.
Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Azərbaycan dövlətinin diaspor siyasətindən, Komitənin fəaliyyətindən danışıb. O, xaricdəki soydaşlarımız arasında yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclərimizin formalaşdığını və yaşadıqları cəmiyyətlərə asanlıqla inteqrasiya olunduqlarını qeyd edib. Yeni nəsil diasporun ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynayacağına və Azərbaycanın mövqeyini, mənafeyini müdafiə edəcəklərinə əminliyini bildirib.
Azərbaycan Amerika Gənclər Federasiyasının rəhbəri Leyla Aslanova təşkilatın gələcək planları və hədəfləri ilə bağlı məlumat verib. O, ilk dəfə keçirilən Azərbaycan Amerika Gənclərinin Forumuna rəhbəri olduğu təşkilatın üzvlərinin dəvət almasını və tədbirin uğurla keçirilməsini vurğulayaraq göstərdiyi dəstəyə görə Komitəyə təşəkkür edib.
Görüşdə təşkilatın sıralarının genişləndirilməsi, üzvlərin fəallığının artırılması, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Bu ixtisasa keçid balı 697 oldu
Bu ixtisasa keçid balı 697 oldu
“Land Cruiser” aşdı, sürücü öldü
“Land Cruiser” aşdı, sürücü öldü
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Canlı yayımda söyüş söydü, həbs edildi
Canlı yayımda söyüş söydü, həbs edildi
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət