veten informasiya agentliyi

Novruz Aslan Şəbyan və Bilistan kəndlərinin seçicilər ilə görüşüb

Tarix:22-08-2024, 15:02
Baxış Sayı:276

Novruz Aslan Şəbyan və Bilistan kəndlərinin seçicilər ilə görüşüb

Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanov ( Novruz Aslan) təbliğat planına uyğun olaraq avqustun 22 də İsmayıllı rayonunun Şəbyan və Bilistan kəndlərinin seçiciləri ilə görüşüb. Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı. Vətən müharibəsində, Qisas əməliyyatında və 1 günlük antiterror əməliyyatlarında canlarını fəda edən Şəhidlərimizin və Qazilərimizin keçdiyi şərəfli ömür yolundan və Qalib ölkəmizin regionda və dünyadakı nüfuzundan danışdı. Görüşdə iştirak edən Əməkdar Mədəniyyət Xadimi Baba Vəziroğlu çıxış edərək Novruz Aslanın rayon və ölkə qarşısındakı xidmətlərindən danışdı. Sonra seçicilərlə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək yaşadıqları kəndin qayğılarından danışdılar. Sonda görüşə gələn kənd sakinləri çıxış edərək onlara göstərilən diqqətə görə Novruz Aslana təşəkkürlərini bildirdilər. Məlumat üçün bildirək ki, təbliğat kompaniyası avqustun doqquzundan başlayıb bu Novruz Aslanın qırx dördüncü görüşüdür. Novruz Aslanın bu gün üçün dördüncü görüşüdür.


Novruz Aslan Şəbyan və Bilistan kəndlərinin seçicilər ilə görüşüb
Novruz Aslan Şəbyan və Bilistan kəndlərinin seçicilər ilə görüşüb

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır