![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Seçki Qərargahından verilən məlumata görə sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruz Aslanın ( Novruzəli Davud oğlu Aslanov) təbliğat planına uyğun olaraq dördüncü görüşü İsmayıllı rayonunun Eyyubbəyli kəndində oldu. Novruz Aslan görüşə gələn kənd sakinlərini salamladı və öz platformasından danışdı. Sonra kənd sakinləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək kəndin qayğılarından danışdılar. Məlumat üçün bildirək ki, təbliğat bu gündən başlayır. Novruz Aslanın bu gün üçün dördüncü görüşüdür və digər kəndlərdə də görüşləri olacaq.