veten informasiya agentliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İordaniyanın ölkəmizdəki səfiri ilə görüş olub

Tarix:11-06-2024, 14:28
Baxış Sayı:264

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İordaniyanın ölkəmizdəki səfiri ilə görüş olub

Ötən il İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin ölkəmizdə keçirilən 5-ci konfransı çərçivəsində Təşkilatın Bakıda açılışı olan Əmək Mərkəzi İslam ölkələri arasında əmək, məşğulluq, sosial müdafiə, insan kapitalının inkişafı sahələrində əlaqələri genişləndirməyə xidmət edir.

Bu barədə İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşdə vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla İordaniya arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycanda son illər aparılan sosial islahatlar və əldə olunan nailiyyətlər barədə səfirə məlumat verilib.

İki ölkənin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsinin önəmi qeyd edilib. Bununla bağlı ikitərəfli əməkdaşlıq üçün sənəd layihəsinin də hazırlandığı bildirilib.

Ömər Bərəkət əl-Nahar ölkələrimiz arasında əlaqələrin daim inkişafda olmasının məmnunluq doğurduğunu, sosial sahədə də ikitərəfli əməkdaşlığın inkişafına töhfə vermək əzmində olduğunu diqqətə çatdırıb.

Görüşdə iki ölkə arasında sosial sahədə gələcək əməkdaşlığa, habelə İƏT-in Bakıda yaradılmış Əmək Mərkəzinin üzv ölkələr üçün önəminə dair fikir mübadiləsi aparılıb.

Bu gün UFC Fight Night Baku keçiriləcək
Bu gün UFC Fight Night Baku keçiriləcək
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
Bu ölkə azanı qadağan etməyə hazırlaşır
Bu ölkə azanı qadağan etməyə hazırlaşır
Bu avadanlıqların ölkəyə idxalı zamanı güzəştlər tətbiq edilə bilər
Bu avadanlıqların ölkəyə idxalı zamanı güzəştlər tətbiq edilə bilər
Rusiyanın “şüşədəki canı” vuruldu - Putin Bakıya müraciət edəcək?
Rusiyanın “şüşədəki canı” vuruldu - Putin Bakıya müraciət edəcək?
Bakıda dəhşət: boğazı kəsilən oğlan otelə gələrək kömək istədi
Bakıda dəhşət: boğazı kəsilən oğlan otelə gələrək kömək istədi
NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edildi
NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edildi
İranda Aşura mərasimində silahlı insident baş verdi
İranda Aşura mərasimində silahlı insident baş verdi