veten informasiya agentliyi

Səhiyyə Nazirliyində Küveytin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Tarix:17-05-2024, 10:56
Baxış Sayı:200

Səhiyyə Nazirliyində Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidin ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrinin bir çox sahələrdə uğurla davam etdiyini diqqətə çatdırıb. Nazir dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb.
Teymur Musayev Azərbaycanla Küveyt arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Prezident İlham Əliyevin milli səhiyyənin inkişafına böyük diqqət və önəm verdiyini vurğulayan nazir, bu sahənin modernləşdirilməsi, rəqəmsallaşdırılması, insan kapitalının inkişaf etdirilməsi və səhiyyə iqtisadiyyatının gücləndirilməsinin Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunu qeyd edib: “Bu sahədə Azərbaycan qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, qarşılıqlı mübadilələrin aparılması və ölkəmizdə tətbiqinə xüsusi əhəmiyyət verir”.
Nazir, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcəyi diqqətə çatdırıb: “Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür”.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.


Öz növbəsində Abdullah Mohamed Abdullah Almauidi dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.
Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə tibb təhsili və bu sahədə peşəkar kadrların hazırlanması, tibb universitetləri ilə milli səhiyyə institutları arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyi vurğulanıb.

Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Fransa yanır, Makronun əlacı kəsildi - Avropa Birliyindən kömək istədi
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Binədə yol qəzası: 22 nəfər xəsarət aldı
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Bu ərazilərdə yeni dəmiryol xətti çəkiləcək
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
Şirvanda dizinə antibiotik iynəsi vuran kişi öldü
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
BMW 318 mindən çox avtomobili geri çağırır
BMW 318 mindən çox avtomobili geri çağırır
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun
FHN-dən hava ilə bağlı xəbərdarlıq - Diqqətli olun