veten informasiya agentliyi

Balakəndə qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Tarix:8-01-2024, 12:05
Baxış Sayı:218

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xaricdə yaşayan narkotacirlər tərəfindən ölkəyə göndərilən 19 kiloqrama yaxın narkotik vasitələrin respublika ərazisində dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında şöbə əməkdaşlarının keçirdikləri tədbir zamanı Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi axtarış zamanı Yusif Misirzadədən 2 kiloqram 255 qram heroin və marixuana, eləcə də onların narkotik vasitələri götürdükləri ərazidən 16 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkədə tanış olduqları xarici ölkədə yaşayan narkotacir tərəfindən pul və narkotik vasitə qarşılığında narkokuryerliyə cəlb edildikləri məlum olub. Onlar ifadələrində 1000 manat pul qarşılığında həmin narkotiki Yevlax rayonuna aparmağa razılaşdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində narkotiklərin dövriyyəsi ilə məşğul olan daha 4 nəfər saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən tədbirlər zamanı isə 2 ədəd “Kalaşnikov” markalı avtomat və 2 ov tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd