veten informasiya agentliyi

Qəbələdə narkokuryerlik edən dostlar saxlanılıb, 4 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Tarix:6-01-2024, 14:27
Baxış Sayı:196

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə göndərilən narkotik vasitələri onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təşkil edən edən narkokuryerlər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə olunmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı tanışlar, Şabran rayon sakini Fuad Sultanlı və Astara rayon sakini Şahnur Əliyev saxlanılıblar. Şəxsi axtarış zamanı onların üzərində daşıdığı idman çantasından 4 kiloqrama yaxın marixuana və 64 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkələrdə tanış olduqları “Əli” adlı İran vətəndaşının təsiri altına düşərək ölkə ərazisində narkokuryerliklə məşğul olduqları müəyyən edilib. Sonuncu dəfə isə onlar Bakı şəhərindən Qəbələ rayonuna gələrək burada gizlədilən narkotik vasitələri 2 min manat qarşılığında paytaxta çatdırmağa razılaşıblar.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd