![]()
![]()
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsi Abşeron rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşları Vətən müharibəsi şəhidi Teymur Zamin oğlu Quliyevin ailəsini ziyarət ediblər. Ziyarət zamanı şəhidin anası Fəridə Quliyeva ilə həmsöhbət olunub, şəhidin həyat və keçdiyi döyüş yolu haqqında danışılıb. Şəhid Teymur Zamin oğlu Quliyev 29 oktyabr 2001-ci ildə Bakı şəhərində anadan olub. Abşeron rayonunun Hökməli qəsəbəsində məskunlaşıb. 2020-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb. İlk olaraq Ağcabədidə, sentyabrdan Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Qubadlının, Zəngilanın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Teymur Quliyev 24 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralı hərbçiləri xilas edərkən şəhid olub. Abşeron rayonunda dəfn olunub. "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!