veten informasiya agentliyi

Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib

Tarix:6-12-2023, 09:46
Baxış Sayı:195

Biləsuvarda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması halları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər nəticəsində rayon ərazisində 5 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində keçirilən tədbirlər nəticəsində daha 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İran ABŞ-ın itkilərinin siyahısını yaydı
İran ABŞ-ın itkilərinin siyahısını yaydı
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Nəriman ehtiyatda qaldı
Nəriman ehtiyatda qaldı
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər