veten informasiya agentliyi

Masallı şəhəri ərazisində "Kalaşnikov" avtomatı aşkarlanıb

Tarix:6-12-2023, 09:45
Baxış Sayı:194

Masallı şəhəri ərazisində "Kalaşnikov" avtomatı aşkarlanıb.

Masallı Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AKM" markalı avtomat, həmin silaha aid patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz ov, mülki silahın saxlanması və daşınması qaydalarının pozulması hallarına qarşı keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri V.Rüstəmov və A.Hüseynovun Sığıncaq kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov etdikləri müəyyən edilib. Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 5 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

İran ABŞ-ın itkilərinin siyahısını yaydı
İran ABŞ-ın itkilərinin siyahısını yaydı
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Nəriman ehtiyatda qaldı
Nəriman ehtiyatda qaldı
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər