veten informasiya agentliyi

"Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici seminar keçirilib

Tarix:18-11-2023, 21:15
Baxış Sayı:348

 "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici seminar keçirilib
 "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici seminar keçirilib
 "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici seminar keçirilib
 "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici seminar keçirilib


17 noyabr 2023-cü il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, İsmayıllı Rayon Polis Şöbəsinin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə "Yol hərəkəti qaydaları" mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov çıxış edərək iştirakçıları yol hərəkəti qaydaları haqqında ümümi məlumatlandırmış, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparmışdır. Daha sonra Dövlət Yol Polis bölməsinin inzibati-təcrübə sahəsinin baş inspektoru polis mayoru Əkbər Musayev "Yol hərəkəti qaydaları" haqqında maarifləndirici çıxış edərək bu qaydalar pozulduğu halda olacaq qəzalardan, sürücülərin və piyadaların vəzifələrindən, piyada keçidlərinin həyatımızdakı önəmindən, son dövrlərdə İsmayıllıda pozulmuş yol hərəkəti qaydaları haqqında statistikadan bəhs etmiş və onlara yollarda daha diqqətli olmalarını tövsiyə etmişdir.
İştirakçılara "Yol hərəkəti haqqında" qanunun tələbləri, nizam-intizam qaydaları aşılanıb, daha sonra sualları dinlənilmiş və verilmiş suallar ətrafında müzakirələr aparılmışdır.
Tədbirin keçirilməsində məqsəd iştirakçıları yol hərəkəti qaydaları haqqında məlumatlandırmaq, onların təhlükəsizliyi və yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etmək olmuşdur.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd