![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Mingəçevirdə “Zəfər paradı” təşkil olunub
- - - - -
Noyabrın 8-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə Zəfər Günü ilə bağlı məktəblilərin “Zəfər Paradı” keçirilib.
Keçirilən paradı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova, Mingəçevir Dövlət Universitetinin (MDU)-nun rektoru Şahin Bayramov, Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, təhsil idarəsinin əməkdaşları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ümumi təhsil müəssisələrinin rəhbərləri, təhsil işçiləri, valideynlər və şagirdlər izləyiblər.
Texniki humanitar liseyin ibtidai sinif şagirdləri tərəfindən təşkil olunan paradın məqsədi Qələbə əhvali-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirmək və Zəfər Gününün 3-cü ildönümünün böyük ruh yüksəkliyi ilə keçirilməsindən ibarətdir.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Daha sonra liseydə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, şəhid adını daşıyan siniflərin açılışı olub.