veten informasiya agentliyi

Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş bilik yarışı təşkil olunub

Tarix:30-10-2023, 11:48
Baxış Sayı:403

- - - - -
Oktyabrın 28-də Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan və cari ildən qarşılıqlı pedaqoji əməkdaşlıq aparılan ümumi təhsil müəssisələrinin şagirdləri arasında 11 noyabr - Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş bilik yarışı keçirilib.
Keçirilən bilik yarışında Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova,
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ümumi təhsil müəssisələrinin rəhbərləri və şagirdlər iştirak ediblər.
Tədbirdən öncə məktəbin foyesində təşkil olunan şagirdlərin rəsm-əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
3 mərhələdən ibarət olan bilik yarışında 5 şagird olmaqla 21 komanda mübarizə aparıb.
Bilik yarışında Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseyin və Kürdəmir rayon Sığırlı kənd tam orta məktəbinin birləşmiş komandası I yerə, Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbin və Göyçay rayonu Qızılağac kənd tam orta məktəbinin birləşmiş komandası II yerə və Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli tam orta məktəbin və Yevlax rayonu Salahlı kənd B.Alıyev adına tam orta məktəbinin birləşmiş komandası isə III yerə layiq görülüb.
Sonda qalib komandalar Mingəçevir şəhəri üzrə təhsil sektoru tərəfindən Fəxri Fərmanla təltif olunub.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Daha sonra "Şəhərimizi tanıdaq" layihəsi çərçivəsində şagirdlərin Mingəçevir şəhərinə ekskursiyası təşkil olunub.
Qeyd edək ki, bilik yarışının keçirilməsində əsas məqsəd Mingəçevir şəhərinin 75 illik yubileyi ilə bağlı bu şəhərin tanıdılması, qarşılıqlı pedaqoji əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının və maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdan ibarətdir.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd