veten informasiya agentliyi

Sumqayıtda təqaüdçülərin bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb

Tarix:13-10-2023, 12:31
Baxış Sayı:221

Sumqayıtda təqaüdçülərin bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb
Sumqayıtda təqaüdçülərin bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb. Bu barədə zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi oradan uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.
Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

13 oktyabr 2023-cü il

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd