veten informasiya agentliyi

DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Tarix:13-10-2023, 12:21
Baxış Sayı:355

DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub


DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə Nazirlik tərəfindən yaradılmış İnvestisiya Şurasının növbəti iclası olub.

Şuranın tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələri daxildirlər.

İclasda Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər aparılan ardıcıl sosial islahatların DSMF-ni də əhatə etdiyini bildirib. Fondun fəaliyyətində optimal və mərkəzləşmiş iş mexanizmlərinin, innovativ həllərin tətbiqi işləri, sosial sığorta daxilolmalarında artımlar qeyd edilib.

Dövlət başçısının bu ilin aprel ayında imzaladığı qanunvericilik aktları ilə DSMF-nin sərbəst vəsaitini (Fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq) investisiyaya yönəltmək imkanına malik olmasının önəmi vurğulanıb. Bu addımın Fondun sərbəst vəsaitlərinin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasında əhəmiyyəti, həmin investisiya gəlirlərindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsində, işğaldan azad edilmiş ərazilərimizdə sosial infrastrukturun yaradılması xərclərində də istifadə edilməsinin nəzərdə tutulduğu vurğulanıb.

İclasda ötən dövrdə sərbəst vəsaitin maliyyə alətlərinə uğurla investisiya edildiyi qeyd olunub, bu sahədə görülən işlər və investisiya fəaliyyətinin davam etdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia