![]()
![]()
![]()
![]()
![]()
STEAM müəllimləri ilə görüş keçirilib
- - - - -
Oktyabrın 10-da Mərkəzi Aran Regional Təhsil İdarəsində tabelikdə olan ümumi təhsil müəssisələrində çalışan STEAM siniflərində tədris aparan müəllimlərlə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, ümumi təhsil müəssisələrinin direktorları, STEAM siniflərində tədris aparan müəllimlər və koordinatorlar iştirak edib.
Təhsil idarəsinin müdiri Elçin Kərimov bildirib ki, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir.
Daha sonra müəllimlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb, həmçinin cari ildə STEAM Azərbaycan Festivalına hazırlıq vəziyyəti ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Layihə hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 17 ümumtəhsil məktəbində tətbiq olunur.