![]()
![]()
![]()
![]()
![]()
![]()
Peşə təmayüllü siniflərdə tədris aparan müəllimlərlə görüş keçirilib
- - - - -
Oktyabrın 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsində ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərinin qrup rəhbərləri və həmin siniflərdə dərs deyən müəllimlərlə görüş keçirilib.
Görüşdə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bildirib ki, peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır.
Daha sonra peşə təmüyüllü siniflərdə tədrisin təşkili, şagirdlərin hansı peşəyönümlü sahələrə marağının olmasl və digər mövzularla bağlı ümumi müzakirələr aparılıb, suallar cavablandırılıb.