veten informasiya agentliyi

Lənkəran sakininin evindən 8 kiloqramdan artıq heroin aşkarlanıb

Tarix:2-10-2023, 10:48
Baxış Sayı:257

Lənkəran sakininin evindən 8 kiloqramdan artıq heroin aşkarlanıb
Lənkəran sakininin evindən 8 kiloqramdan artıq heroin aşkarlanıb


Lənkəran sakininin evindən 8 kiloqramdan artıq heroin aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Əliyev narkotik vasitə heroini satarkən saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin Lənkəran sakini, əvvəllər məhkum olunmuş Bünyad Heydərov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı B.Heydərovun üzərindən və yaşadığı evdən ümumilikdə 8 kiloqram 300 qram heroin aşkarlanaraq götürülüb. Onun sözügedən narkotik vasitəni satışının təşkil olunmasından ötrü xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən olunub.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 32 nəfər saxlanılıb. Faktlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd