veten informasiya agentliyi

Bilik Günü münasibətilə tədbir keçirilib

Tarix:15-09-2023, 16:15
Baxış Sayı:347

Bilik Günü münasibətilə tədbir keçirilib
Bilik Günü münasibətilə tədbir keçirilib
Bilik Günü münasibətilə tədbir keçirilib
Bilik Günü münasibətilə tədbir keçirilib
Bilik Günü münasibətilə tədbir keçirilib
Bilik Günü münasibətilə tədbir keçirilib


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov I kurs tələbələri ilə görüşüb.
Öncə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aİİ rəhbəri Aqil Şirinov I kurs tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib. Rektor qeyd edib ki, tələbələr təhsil aldıqları illəri səmərəli keçirsələr, elmin, biliyin faydasını dərk etsələr, öz işlərinin peşəkarları olacaqlar.
İnstitut rəhbəri vurğulayıb ki, anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev hər zaman gənc nəslin sağlam böyüməsinə, təhsilinə, həyatda layiqli yer tutmasına qayğı və diqqətlə yanaşmışdır.
Aqil Şirinov daha sonra Aİİ-də tələbələr üçün yaradılmış şəraitdən, təhsilin səviyyəsindən danışıb, tələbə-müəllim münasibətlərinə toxunub. Bildirib ki, yeni tədris ilində tələbələr dərslərindən əlavə, müxtəlif əlavə pulsuz kurslarda da iştirak edə biləcəklər; ərəb və ingilis dilləri, həmçinin peşə hazırlığı kurslarını qeyd etmək olar.
Ali təhsil müəssisəsi tərəfindən təşkil olunan yay və qış məktəbləri barədə söhbət açan Aqil Şirinov qeyd edib ki, semestr ərzində müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr bu layihələrdə iştirak edib, ölkəmizin müxtəlif regionları ilə tanış olmaq, elmi seminarlarda iştirak etmək imkanı qazanacaqlar.
Rektor bildirib ki, İlahiyyat İnstitutu xarici ölkə universitetləri ilə əlaqələrin qurulması üçün səylə çalışır. Tələbələr əməkdaşlıq protokolları, Erasmus+, Mövlana proqramları vasitəsilə müxtəlif ölkə universitetlərində təhsillərini davam etdirə bilərlər.
Aİİ rəhbəri, həmçinin semestr ərzində ən yüksək göstəricilərə malik tələbələrə veriləcək təqaüdlər barədə də danışıb. Bildirib ki, tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. “Dinşünaslıq” ixtisası üzrə təhsil alan, semestr ərzində yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təsis etdiyi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən ödənilən – ümummilli lider Heydər Əliyev adına təqaüddən; “İslamşünaslıq” ixtisası üzrə təhsil alan, yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsis etdiyi Şeyxülislam təqaüdündən; yüksək göstəricilərə malik olan 3 (üç) tələbə akademik Vasim Məmmədəliyev adına təqaüddən istifadə edəcək. Həmçinin MDTF-nin tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ayırdığı maddi yardımdan da bəzi tələbələr yararlana biləcəklər.
Rektor, həmçinin vurğulayıb ki, tələbələr tədris ili ərzində pulsuz kitab, ödənişsiz yemək və digər xərclərlə də təmin olunurlar.
Sonda Aİİ-yə yüksək balla qəbul olan tələbələrə mükafatlar təqdim edilib.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd