veten informasiya agentliyi

Təhsil işçilərinin sentyabr konfransı keçirilib

Tarix:14-09-2023, 13:14
Baxış Sayı:343

Sentyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev, Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları üzrə təhsil sektorlarının əməkdaşları, həmçinin həmin rayonlarda çalışan məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil işçilərini yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, işğaldan azad olunmuş ərazilərdə təhsil müəssisələrinin tikintisindən, gerçəkləşdirilən böyük qayıdışdan, gənc müəllimlərin prosesə həvəslə qoşulmasından danışıb. O, çıxışında təhsil sahəsində əsas strateji hədəflər, məktəbəqədər təhsilin, peşə təmayüllü siniflərin əhatə, innovativ layihələrin tətbiq dairəsinin genişləndirilməsi, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, təhsildə keyfiyyətin yüksəldilməsi, müasir tələblərə cavab verən təhsilverənlərin formalaşdırılması üçün sertifikatlaşdırılma prosesinin önəmi mövzularına toxunub.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışında ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqətdən danışıb. Göstərilən diqqət və təhsil işçilərinin əzmi sayəsində təhsil sahəsindəki uğurların il-ildən daha da artacağına əminliyini ifadə edən icra başçısı bütün təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev hesabatla çıxış edib. Hesabatda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər, region üzrə şagird və müəllim nailiyyətləri, ali məktəblərə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarəolunması üzrə statistik məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, həmçinin təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər yer alıb.
Daha sonra təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında maksimum nəticə göstərən Qusar rayon Urva kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səidə Bağırova və Respublika fənn olimpiadalarının fizika fənni üzrə qızıl medal mükafatçısı - "Birincilərin birincisi" Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad İsmayılov çıxış edərək konfransda iştirakdan məmnunluqlarını ifadə ediblər.
Konfransda 2022–2023-cü tədris ilində səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində göstərdikləri fəal və nümunəvi xidmətlərinə görə bir qrup təhsil işçisi təltif edilib.
Tədbrin sonunda xatirə şəkli çəkdirilib.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd