veten informasiya agentliyi

2023-2024-cü əkin ili üzrə payızlıq əkinlərin bəyanına başlanıb

Tarix:13-09-2023, 11:04
Baxış Sayı:314

2023-2024-cü əkin ili üzrə payızlıq əkinlərin bəyanına başlanıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə əkin subsidiyasının əldə edilməsi üçün 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz və Yevlax KOB evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Fermer əkinini bəyan edərkən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti aktivləşdirməli, əkilən və ya yerdə mövcud olan bitkini doğru seçməli, bəyan hektarının konturlarını və əkin yerini elektron xəritədə düzgün qeyd etməli, yalnız öz istifadəsində olan ərazilərdə bəyan etməlidir.
Qeyd edək ki, elektron kabinet ildə bir dəfə yenilənir. Əgər fermer onu ilin əvvəli aktivləşdiribsə, yenidən aktivləşdirməsi tələb olunmayacaq. Bəyan olunan bitkinin dəyişdirilməsi nəzərdə tutulmursa, “Müraciət et” düyməsinə sıxaraq fermer elektron ərizəni formalaşdırır və sonradan onu dəyişmək imkanı olmur. Əgər 30 dekabr tarixinədək əkinin dəyişdirilməsi ehtimalı varsa, sadəcə bəyanı daxil edib “Müraciət et” düyməsinə sıxmadan fermer 30 dekabra qədər bəyanı dəyişdirə bilər. 30 dekabra qədər onun müraciəti göndərilmədikdə fermerin subsidiya üçün elektron ərizəsi formalaşmayacaq və ona subsidiya ödənilməyəcək.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin 411-2-ci maddəsinə əsasən cərimə tətbiq oluna bilər.

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd