veten informasiya agentliyi

İntellekt işığımızı sönməyə qoymayan ORXAN FİKRƏTOĞLU

Tarix:12-09-2023, 09:52
Baxış Sayı:352

İntellekt işığımızı sönməyə qoymayan ORXAN FİKRƏTOĞLU

Cəmiyyətdə elə insanlar var ki, vaxtında öz layiqli yerini, vəzifəsini tutsa cəmiyyət lap çox qazanar. Bu düşüncəmin konkret ünvan var - neçə-neçə illərdir intellekt işığımızı sönməyə qoymayan ORXAN FİKRƏTOĞLU.
1983-1991-ci illərdə Moskvada Dünya Ədəbiyyatı İnstitutunda təhsil alan, 1983-cü ildə kinomuza işıq tutan (işıqçı), müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının, Dövlət Kino Komitəsinin, AzərTelefilmin baş redaktoru, "MİR" Teleşirkətinin direktor müavini, "Mozalan" satirik kinojurnalının direktoru, ANS şirkətinin baş icmalçısı vəzifələrində işləyən, 14 bədii, 3 publisistik kitabın müəllifi Orxan Fikrətoğlu bu yaxınlarda Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. Çox sevindirici haldır, uğurlu və layiqli təyinatdır. Yəqin ki, onun intellektini, zəkasının dərinliyini bilməyən yoxdur. Həmişə sözünün dəyərini bilən insanın bu vəzifəni daşımasına sevinməyən tapılmaz. İnanırıq ki, mədəniyyətimiz, incəsənətimiz daha böyük uğurlar əldə edəcə Belə vacib fəaliyyət sahəsində canını qoyanlara, işinin sözün həqiqi mənasında ustalarına dəyər verilməyi çoxumuzun ürəyindən xəbər verdi.
İlk hekayəsi "Kirpi" jurnalında çap olunanda Orxan Fikrətoğlunun 15 yaşı vardı. 17 yaşında kinopavilyonlarda kino çəkilişlərində iştirak edib. Onun hekayələri Oksvord Universitetinin dərsliklərinə salınıb. Ssenarilərinə 10-larla film çəkilib. Məşhur "Bəxt üzüyü" filminin həmssenaristlərindən biridir. "Tas", "Qıyığın ölümü", "Şəkilçi və şəkilçi" pyesləri ölkə teatrlarının səhnələrində oynanılıb.
Əməkdar incəsənət xadimidir. 57 yaşlı yaradıcı insanın hələ çox yaradıcı işlərindən danışmaq olar. Əsas məsələ odur ki, ədalət zəfər çaldı. Mədəniyyətimizin dayaq sütunlarından birinə uğurlar arzulayırıq.



Vaqif Osmanov

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd