veten informasiya agentliyi

Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanıldı

Tarix:11-09-2023, 10:53
Baxış Sayı:230

*Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanıldı *

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Süleymanov Vüqar İlqar oğlu və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Ömərov Əhməd Kamran oğlunun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.
Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı "əmi" adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.
Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

11 sentyabr 2023-cü il

İran ABŞ-ın itkilərinin siyahısını yaydı
İran ABŞ-ın itkilərinin siyahısını yaydı
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Nəriman ehtiyatda qaldı
Nəriman ehtiyatda qaldı
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər