veten informasiya agentliyi

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Tarix:9-09-2023, 15:50
Baxış Sayı:346

Qaradağ rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə məlumat verərək naməlum şəxsin kilidi sındırıb mənzilə daxil olduğunu və oradan 41 min ABŞ dolları, 23 min manat, eləcə də 50 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Ülvi Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla Ü.Hacıyevin Lökbatan qəsəbəsində yerləşən daha bir evdən oğurluq etməsi məlum olub.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Ü.Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

09 sentyabr 2023-cü il

İran ABŞ-ın itkilərinin siyahısını yaydı
İran ABŞ-ın itkilərinin siyahısını yaydı
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Nəriman ehtiyatda qaldı
Nəriman ehtiyatda qaldı
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər