veten informasiya agentliyi

*Abşeron rayonunda hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib

Tarix:9-09-2023, 15:49
Baxış Sayı:220


Abşeron Rayon Polis İdarəsi, eləcə də ərazi üzrə Mehdiabad, Qobu və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktiki tədbirlər keçirilib. Əməliyyatlar zamanı saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuşlar - Nizami İsgəndərovdan 1 ədəd “Naqan” tipli tapança 3 ədəd patron, Asif Astanovdan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 27 ədəd patron, Azad Qənbərovdan 1 ədəd tapança, 3 ədəd patron, Davud Rəhimov və Pərviz Əliağayevdən isə 3 kiloqrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilib.
Digər əməliyyat zamanı Abşeron rayonunda oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 8, “isti izlərlə” cinayətin açılması üzrə 14, narkotiklə əlaqəli cinayətlərə görə 19 nəfər saxlanılıb. Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 31, xırda xuliqanlığa və xırda talamaya görə 58 fakt aşkarlanıb, mülki axtarışda olan 25 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 156, narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən 2, avtoxuliqanlıq edən 19, dayanma-durma qaydalarını pozan 220 sürücü inzibati məsuliyyətə cəlb edilib.

09 sentyabr 2023-cü il

4 ton çətənə kolu məhv edildi
4 ton çətənə kolu məhv edildi
Gürcüstanda elektrik böhranı yaşanır
Gürcüstanda elektrik böhranı yaşanır
Vozinya bu kluba keçdi
Vozinya bu kluba keçdi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirildi
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
45 kiloqramdan çox narkotik vasitə aşkarlandı
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
41 dərəcə isti olacaq - HAVA PROQNOZU
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Messi ən yaxşı oyunçu olmalı idi - Arşavin
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd
Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etd