veten informasiya agentliyi

Qubada əməliyyat: qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb

Tarix:7-09-2023, 14:31
Baxış Sayı:350

Qubada əməliyyat: qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb


Qubada əməliyyat: qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35 kiloqramdan artıq quru və yaş halda çətənə (kannabis) kolları aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rafiq Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.

İran ABŞ-ın itkilərinin siyahısını yaydı
İran ABŞ-ın itkilərinin siyahısını yaydı
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Çimərliklərdə silsilə maarifləndirmə tədbirləri keçirildi
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Rumıniyada nə baş verir? - Üç gündür PUA vururlar
Nəriman ehtiyatda qaldı
Nəriman ehtiyatda qaldı
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Rusiyanın ballistik terrora qoyduğu mərci boşa çıxarmaq lazımdır - Zelenski
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər
Nəzarətsiz qalan uşaqlar qazdan zəhərlənib öldülər