veten informasiya agentliyi

Holland yazıçı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib

Tarix:5-09-2023, 15:55
Baxış Sayı:387

Holland yazıçı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bəyan edib

Holland yazıçı-publisist, təhsil işçisi, Xocalı soyqırımı haqqında kitabın müəllifi Henri Van Rens bu ölkədəki Azərbaycan icmasının Haaqa Ədalət Sarayının önündə keçirdiyi dinc aksiyanı dəstəkləyib.

Yazıçı Azərbaycan tərəfdarı olduğunu və bunu gizlətmədiyini bildirib. Azəbaycanın 30 il ərzində Ermənistan tərəfindən işğala və təcavüzə məruz qaldığını qeyd edən yazıçı Niderlandın bəzi kütləvi informasiya vasitələrinin və jurnalistlərinin açıq-aşkar ermənipərəst mövqe tutmalarını, Azərbaycanla-Ermənistan sərhədində baş verənləri birtərəfli və qərəzli şəkildə işıqlandırmalarını tənqid edib.

Xocalı soyqırımı haqqında kitabında Qarabağ həqiqətlərini qələmə aldığını xatırladan Henri Van Rens bildirib ki, Azərbaycanlı dostları kimi o da Azərbaycan dövlətinin regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərinin müsbət nəticə verəcəyinə inanır.

Qeyd edək ki, Henri Van Rens dünyanı avtomobili ilə dolaşan yazıçı-publisist və səyyahdır. 2009-cu ildən etibarən hər il Azərbaycana səfər edir və ölkəmizin bütün bölgələrini qarış-qarış gəzir. 2020-ci ildəki parlaq zəfərimizdən sonra işğaldan azad edilmiş Ağdamı ziyarət edib və Ermənistanın işğal illərində Azərbaycanın qədim torpaqlarında törətdiyi vəhşiliklərin canlı şahidi olub.

Niderlandlı yazıçı Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan diasporunun Vyananın məşhur Heldenplatz meydanında “Xocalıya ədalət!” tələbi ilə keçirdiyi 26 fevral 2023-cü il tarixli Ümumavropa Qarabağ mitinqində çıxış edərək, dünya ictimaiyyətini Xocalı soyqırımını tanımağa çağırıb və bu qanlı qırğını törədən erməni canilərinin məsuliyyətə cəlb olunmasını tələb edib.

UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
UNEC alimləri Macarıstanda beynəlxalq konfransda çıxış ediblər
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Lənkəranda qastrol konserti böyük maraqla qarşılanıb!
Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib
Bu gün mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə keçirilən müzakirədə sənət tənqidinin əsas problemləri və inkişaf istiqamətləri nəzərdən keçirilib
Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.
Azərbaycan Almaniyada keçirilən nüfuzlu beynəlxalq caz platformasında uğurla təmsil olunub.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Şuşa şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib
Aprelin 17-də “Zəkaların mübarizəsi” olimpiadası çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında regional şahmat turniri keçirilib
‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
‎“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib
PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib
PIRLS 2026 beynəlxalq qiymətləndirmə imtahanlarına start verilib