![]()
![]()
![]()
![]()
![]()
Kompüter operatoru vəzifəsinə işə qəbulla bağlı müsahibə keçirilib
- - - - -
Sentyabrın 2-də Yevlax şəhəri İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin strukturuna daxil olan Yevlax rayonu üzrə təsərrüfat istismar qrupunun kompüter operatoru vəzifəsinə işə qəbulla bağlı müsahibə təşkil olunub.
Müsahibədə iştirakı nəzərdə tutulan 30 nəfərdən 22 nəfər iştirak edib.
Müsahibə zamanı namizədlərin ilkin olaraq MS Office proqramları ilə yaxşı səviyyədə işləmək bacarığı yoxlanılıb və bununla bağlı onlara praktik tapşırıqlar təqdim olunub.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov müsahibə mərhələsinin gedişatını izləyib.
Qeyd edək ki, nəticələr növbəti həftə elan olunacaqdır.
İştirak edən hər bir namizədə uğurlar arzulayırıq!