veten informasiya agentliyi

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Cəlilabadda vətəndaşları qəbul edəcək

Tarix:1-09-2023, 15:19
Baxış Sayı:419

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev Cəlilabadda vətəndaşları qəbul edəcək
Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev sentyabrın 5-də, saat 10:00-da Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-408-52-62) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Bu ixtisasa keçid balı 697 oldu
Bu ixtisasa keçid balı 697 oldu
“Land Cruiser” aşdı, sürücü öldü
“Land Cruiser” aşdı, sürücü öldü
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Canlı yayımda söyüş söydü, həbs edildi
Canlı yayımda söyüş söydü, həbs edildi
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət