![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
27 avqust 2023-cü il tarixində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Kür Olimpiya İdman Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş üzgüçülük idman növü üzrə açıq Mingəçevir birinciliyi start götürmüşdür. Birincilikdə digər rayon və şəhərlərdən 100-dən artıq idmançı iştirak etmişdir.
Birincilikdə salamlama nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Kür Olimpiya İdman Tədris Mərkəzinin direktoru Ceyhun Mirzəyev bütün idmançılara uğurlar arzuladılar.
“İdman hamı üçün” layihəsi çərçivəsində idman yarışlarının keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif idman növlərinə marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.